"Yol pulu verib 1 manatı götürmək istəmirlər"

"Yol pulu verib 1 manatı götürmək istəmirlər"
11:24 24 Fevral 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda lisenziyası ləğv olunan 11 bank üzrə qorunan əmanətçilərə 760 mln. manat kompensasiya ödənməlidir. İndiyədək təxminən 25 min nəfərə 725 mln. manat kompensasiya verilib". "APA-Economics" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

 

Onun sözlərinə görə, bundan sonra təxminən 140 min qorunan əmanətçiyə 35 mln. manatlıq kompensasiya verilməlidir: "Bu əmanətçilər öz əmanətlərini götürmür. Niyə? Çünki onların əmək haqqı hesabında, kart hesabında 1 manatdan az vəsait qalıb. Əmanətçi yol pulu verib 1 manatı götürmək istəmir. Bu əmanətlərin məbləği az olsa da,  sayı çox olduğundan bu məbləğ yaranıb".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı