Bakı. 24 fevral. REPORT.AZ/ Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Təbriz Hüseynov idarə etdiyi "Ford" markalı mikroavtobusu yolun kənarındakı daş hasara vurub. Nəticədə T.Hüseynov və 1 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.
Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi araşdırma aparılır.