Əlikram nəvəsinin ad günündə 75 minlik maşın bağlatdırdı - GÖRÜNTÜLƏR

Əlikram nəvəsinin ad günündə 75 minlik maşın bağlatdırdı - GÖRÜNTÜLƏR
12:39 24 Fevral 2017
613 Digər
Ölkə mətbuatı
A- A+

 

Müğənni Əlikram Bayramov ötən gün paytaxt restoranlarının birində nəvəsi Təmkinə ad günü edib. Lent.az-ın məlumatına görə, məclisə şou-biznesin bir çox tanınmış simaları qatılıb. Nəvəsi üçün 75 minlik avtomobilini bəzətdirən ifaçı bildirib ki, nəvəsinə sürpriz hazırlayıb: “Bu gün bura gələn insanların əksəriyyəti mənim dostlarım və ailəvi tanışlarımdır. Hər birinə "çox sağ ol" deyirəm. Nəvəmə sürpriz hədiyyəm odur ki, onun adına “Təmkin” adlı mahnı oxumuşam. İnşallah, böyük toyunu görüm”.

 

Xatırladaq ki, məclisdə xalq artisti Niyaməddin Musayev, əməkdar artist Cabir Abdullayev, müğənnilər Nazənin, Manaf Ağayev, Bahar Lətifqızı, Şəbnəm Tovuzlu, Aşıq Telli, Vasif Əzimov, Elşad-Rəvan Qarayev, Xatun Əliyeva, Sədaqət Ulduz, Elçin Hüseynov, Mənzurə Musayeva, Namiq Məna, aparıcılar Aytəkin Mərdanova, Mikayil Güləddinoğlu və başqaları iştirak edirdi.

 

Qeyd edək ki, Təmkin ifaçının oğlu Qalibin övladıdır. İfaçı 2015-ci ilin mayında oğluna üç gün toy etmişdi.






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268424

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR