Ermənistanda hakim partiyadan deputatlığa namizədlərin tərəfdarları arasında dava düşüb

Ermənistanda hakim partiyadan deputatlığa namizədlərin tərəfdarları arasında dava düşüb
13:07 24 Fevral 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Ermənistanın Ararat vilayətinin Masis şəhərində hakim Respublikaçılar Partiyasından deputatlığa namizədlərin tərəfdarları arasında siyasi təşkilatın yerli qərargahında dava-dalaş olub.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, toqquşmanı polis rəisi qızışdırıb.
Hakim partiyadan olan deputat Murad Muradyan hadisə ilə bağlı bunları deyib: “Qarşı tərəf bütün sərhədləri aşıb. Toqquşmanın qızışmasına polis idarəsinin rəisi başçılıq edib. Təəssüf ki, siz bu vilayətdə baş verənlərdən xəbərsizsiniz”.
Məlumata görə, Masis Şəhər Polis İdarəsində hadisə ilə bağlı araşdırma aparılır. 
Qeyd edək ki, bir müddət əvvəl hakim partiyadan deputatlığa namizədlər Murad Muradyanla Araik Qriqoryanın seçki qərargahının üzvləri arasında dava-dalaş olduğu haqqında xəbər yayılmışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-hakim-partiyadan-deputatliga-namizedlerin-terefdarlari-arasinda-dava-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı