​"Microsoft” elə bir proqram hazırlayıb ki... Bu inanılmazdır!

"Microsoft” şirkəti "DeepCode" adlı proqram təminatı üzərində çalışır.

Metbuat.az xəbər verir ki, sözügedən texnologiyada olan süni zəka, hazırlanan proqram təminatının təsviri ilə çalışa bilir və artıq məlum olan işlək kod sətrləri ilə böyük məlumat bazasında lazımi kodu tapa bilir. "DeepCoder" sanki elmi-fantastik kitablardan çıxmış texnologiyaya bənzəyir. Proqram, böyük məlumat bazasından lazımi işlək kodları çıxardarır, bir neçə saniyə ərzində özünün lazımi iş alqoritmini qurur. "Proqram kodunun yazılmasının avtomatlaşdırılması texnologiyası çox inanılmazdır. Bu, kod hazırlanması üçün sərf olunan böyük bir gücün aradan qaldırılması deməkdir. Bu sistem, istənilən insandan daha keyfiyyətli iş təqdim edəcək. Bundan əlavə,  daha əvvəllər yaradılması mümkün olmayan sistemlərin qurulması da mümkün olacaq” – deyə Massaçusets Texnologiya İnstitutunun profesoru qeyd edib. 

Qeyd edək ki, "DeepCoder" hansı əsas kodun çalışıb çalışmadığını müəyyən etmək bacarığına sahibdir.

Əsmər / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR