Türkiyədə 14 yaşlı qız anasının sevgilisi tərəfindən
dəfələrlə zorlanıb.
Publika.az xəbər verir ki, bununla bağlı keçirilən məhkəmə
prosesində dəhşətli detallar ortaya çıxıb.
14 yaşlı B.N.E (ad və soyad tam açıqlanmır) deyib ki, anasının
sevgilisi onlarla bir evdə yaşayırmış: “Anamın sevgilisi bildirirdi
ki, “sənin ana mənim üçün heç nə ifadə etmir, mən bu evdə sənin
üçün qalıram”. Mən hələ də anam və həmin adamla eyni evdə qalmaq
məcburiyətindəyəm. Amma onun üzünə belə baxmıram”.
Məhkəmədə prokuror günahkarlara 13 ildən 29 ilə qədər həbs tələb
edib. Məhkəmə prosesi təxirə salınıb.