"Capital Economics": Türk lirəsi ölkənin yüksək cari balans kəsirinə qarşı həssas valyutadır

"Capital Economics": Türk lirəsi ölkənin yüksək cari balans kəsirinə qarşı həssas valyutadır
20:17 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ "Capital Economics" makroiqtisadi araşdırma şirkəti inkişaf etməkdə olan ölkələrin valyutalarının çoxunun bu il ucuzlaşacağını bildirib. 
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Capital Economics"in analitiki Oliver Cons (Oliver Jones) tərəfindən hazırlanan hesabatda məlumat yayılıb. 
Hesabatda həmçinin, Meksika pesosunun ABŞ Prezidenti Donald Trampın bu ölkəyə sərt davranışları səbəbindən qorunmadığı qeyd olunub. Bununla yanaşı, Çili pesosu və Peru solunun mis və dəmir qiymətlərinin qlobal əmtəə bazarlarında düşməsi səbəbindən ucuzlaşacağı, Cənubi Afrika Respublikası randının və Türk lirəsinin isə bu ölkələrin cari balanslarında ciddi kəsirə qarşı həssas olduqları hesabatda öz əksini tapıb.
Türkiyənin cari balansında kəsir 2016-cı ilin yekununa görə, 32,6 mlrd. ABŞ dolları olub. Həmçinin hesabatda Şərqi Avropa ölkələri valyutalarının avro ilə sıx əlaqədə olduqlarından zəifləyəcəkləri qeyd olunub. Hesabatda avronun 2017-ci ilin sonuna qədər dollarla müqayisədə paritetdən aşağı düşəcəyi deyilib.
Qeyd edək ki, hazırda TRY/USD məzənnəsi 3,58 səviyyəsində yer alıb. 2017-ci ildə dolların Türkiyədə maksimal məzənnəsi 3,9423, ən aşağı həddi isə 3,5234 olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/capital-economics-turk-liresi-olkenin-yuksek-cari-balans-kesirine-qarsi-hessas-valyutadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı