“Bu, qlobal sivilizasiyanın faciəsi ilə nəticələnəcək” - DƏHŞƏTLİ PROQNOZ

“Bu, qlobal sivilizasiyanın faciəsi ilə nəticələnəcək” - DƏHŞƏTLİ PROQNOZ
21:03 24 Fevral 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın nüvə silahları barədə bəyanatı dünyanı “soyuq müharibə”yə qaytara bilər.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitənin sədri Leonid Slutskiy bildirib.

“Əgər həqiqətən Vaşinqton nüvə sferasında üstünlüyə nail olmaq xətti götürəcəksə, qızğın silahlanma mütləq kəskinləşəcək və dünya “soyuq müharibə”yə yenidən qayıdacaq. Bu, qlobal sivilizasiyanın faciəsi ilə nəticələnə bilər”, - Slutskiy qeyd edib.

Onun sözlərinə görə, ABŞ və Rusiya nüvə paritetinin baza prinsiplərini saxlamalıdır: “Nüvə sferasında bir dövlətin hökmranlığına imkan vermək olmaz. Əks təqdirdə beynəlxalq təhlükəsizliyin bütün sistemi pozulacaq”.

Xatırladaq ki, ABŞ prezidenti “Reuters” agentliyinə müsahibəsində Vaşinqtonun lider mövqeyini nümayiş etdirmək üçün ölkənin nüvə arsenalını genişləndirmək niyyətində olduğunu bəyan edib. Onun fikrincə, ABŞ hazırkı nüvə potensialı ilə xeyli geridə qalıb. Tramp ölkəsinin konkret hansı ölkədən geri qaldığını dəqiqləşdirməyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı