Perunun şimal-qərbində baş vermiş ağır yol qəzası azı 19 nəfərin həyatına son qoyub.
Milli.Az Trend-ə istinadən bildirir ki, qəza yük avtomobilinin motosiklet və mikroavtobusla toqquşması nəticəsində baş verib.
Yanğınsöndürən xidmətindən bildirilib ki, yük maşını yüksən sürətlərə hərəkət etdiyinə görə qəzadan sonra partlayış baş verib. Ölənlərin cəsədləri yanmış vəziyyətdə aşkar olunub.
Hadisədən sonra, ölənlərin kimliyini müəyyən etmək məqsədilə, cəsədlər yaxınlıqdakı Truxilyo şəhərinin xəstəxanasına aparılıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində