Qeydiyyata alınmayan dərmanlar tüğyan edir – SOS!

Qaçaqmal yolu ilə ölkəyə gətirilə və satılan dərmanların qarşısı alınmır. Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

Bildirib ki, qaçagmal yolu ilə gətirilən, heç bir dövlət qeydiyyatına alınmadan, bəzən də narkotik tərkibli dərmanların saxlanma yerləri, Bakıda və rayonlarda satış şəbəkələri barədə istehlakçılardan xeyli mumat daxil olub. Həmin məlumatlar əsasında 27.01.2017 tarixli rəsmi məktublarla Dövlət Gömrük Komitəsinə, Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə məlumatlar vermişik. Ancaq bu günə kimi bu anormal halın qarşısının alınması üçün əhəmiyyətli bir iş görülməyib".

Birlik sədri bu istiqamətdə mübarizəni davam etdirəcəyini vurğulayıb:

"AİB qətiyyən dayanmaq fikrində deyil, qaçaqmalçını, onun arxasında duran, dövlətimizin və vətəndaşlarımızın mənafeyinə, sağlamlığına zərbə vuran insanların bu pis əməldən çəkindirilməsi üçün addımlar ataçaq! Hörmətlı istehlakçılar, dövlət qeydiyyatına alınmayan dərmanları almayın!" (Fins.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR