O, 11 ayda 3 uşaq dünyaya gətirdi

27 yaşındakı qadın ilk uşağını dünyaya gətirdikdən 6 həftə sonra ikinci dəfə hamilə qalıb. Ancaq əsl surpriz ultrasəs müayinəsi zamanı müəyyən olnub.

Metbuat.az “The Sun” qəzetinə istinadən xəbər verir ki, Eliza və Ben cütlüyünün başına maraqlı hadisə gəlib. Cütlük münasibətlərinin 3-cü ayında uşaqları olacağından xəbər tutub. Sevincdən havalara uçan cütlüyün qızları Charlie dünyaya gəlib. Əsl şok bundan sonra baş verib. Yeni analığa uyğunlaşan qadın 6 həftənin sonunda yenə hamilə qaldığından şübhələnib. Böyük şok yaşayan cütlük əsl surprizi xəstəxanada öyrənib. Çünki cütlüyün əkizləri olacağı açıqlanıb.

Onların indi qızı 1, əkizləri isə 8 həftəlikdir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR