ABŞ-da aktiv neft quyularının satı artıb

ABŞ-da aktiv neft quyularının satı artıb
11:27 25 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı fevralın 18-dən 24-dək 3 ədəd və ya 0,4% artaraq 754-ə çatıb.
"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 5 ədəd və yaxud 0,83% artaraq 602 ədəd, qaz quyularının sayı 2 ədəd və yaxud 1,31% azalaraq 151 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 202 ədəd və yaxud 50,5%, qaz quyularının sayı isə 49 ədəd və yaxud 48,04%, ümumilikdə isə neft-qaz quyularının sayı 252 ədəd və yaxud 50,2% artıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 90,5% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 62,6% aşağıdır.
"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neft qiymətlərinin 50-60 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir. Belə olduğu halda, ABŞ-da aktiv neft quyularının sayında artım davam edəcək. Bu da öz növbəsində hasilatın artmasına gətirib çıxaracaq.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-da-aktiv-neft-quyularinin-sati-artib-qaz-quyulari-ise-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı