Əli Əhmədovdan 25 uşağın mənzillə təminatına MÜNASİBƏT

Əli Əhmədovdan 25 uşağın mənzillə təminatına  MÜNASİBƏT
11:47 25 Fevral 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirən 25 uşağın mənzillə təminatına münasibət bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, baş nazirin müavini jurnalistlərə deyib ki, Qarabağ müharibəsi şəhidlərinin, bu müharibə nəticəsində ziyan çəkən insanların hər birinin həyat şəraitinin təmin olunması üçün Azərbaycan dövləti lazımi addımlar atır və imkanı daxilində bütün tədbirləri görür.

Ə.Əhmədov qeyd edib ki, Xocalı soyqırımı nəticəsində evsiz-eşiksiz qalan insanlara da bütün zəruri köməkliklər göstərilir, onlar üçün şərait yaradılır:

"Güman edirəm ki, bütün lazımi tədbirlər görülüb. Hesab edirəm ki, əgər diqqətdən kənar qalan kimsə varsa və belə məsələ qaldırılarsa, Azərbaycan hökuməti buna müsbət yanaşacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/521111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı