Bakı. 27 fevral. REPORT.AZ/ Peşəkar Futbol Liqası Azərbaycan I Divizionunda noyabrın ən yaxşı qolunun müəllifini mükafatlandırıb.
"Report"un məlumatına görə, bu, "Bakılı"nın futbolçusu Nurlan Məmmədzadədir. Məmmədzadə hazırda davam edən “Ağsu”- “Bakılı” görüşündən əvvəl 500 manat pul və xüsusi mükafatla təltif edilib. Mükafatı futbolçuya Peşəkar Futbol Liqasının Texniki İdman şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edib.
Azərbaycan çempionatında noyabrın ən yaxşı qolunun müəllifi mükafatlandırılıb