Belçikalı alimlər apardıqları araşdırmadan sonra qeyri-adi iddia irəli sürüblər.

Metbuat.az bildirir ki, Gent şəhərindəki Mütərəqqi Elm və Çağdaş Cəmiyyət İnstitutunun mütəxəssisləri elmi sahədə, incəsənətdə uğur qazanan şəxslərin əksəriyyətinin uşaqlığının sarsıntı ilə keçməsini bildiriblər. Mütəxəssislərin sözlərinə görə, öz sahəsində dahilik mərhələsinə çatmış hər 100 nəfərdən 30-35-i uşaqlıqda çətinliklərə məruz qalan, yeni formalaşan ideyalarını həyata keçirmək üçün xırda oğurluqlar edən şəxslərdir. İnstitutun şöbə müdiri Van der Sornb bildirib ki, uşaqları hər oğurluğa görə qınamaq düzgün deyil:

"Onlar dahiliyə oğurluqla başlasalar da, indiki halda yüzlərlə insana elm, incəsənət, yeni dəyərlər qazandırırlar. Uşaqlar nə etdiyini yaxşı bilirlər".

Orxan / Metbuat.az