"Eurovision 2011"in qalibi Eldar Qasımov dünən baş tutan "Ötən illərin nəğmələri" adlı konsert proqramına qatılıb.
Milli.Az bildirir ki, axşam.az-a açıqlama verən ifaçı klassik mahnı oxumağın onun üçün bir imtahan olduğunu söyləyib:
"Ötən əsrin nəğmələri mənim üçün həmişə maraqlı olub. İki il əvvəl ilk dəfə Ukraynanın Kiyev şəhərində "Getmə-getmə" mahnısını ifa edəndə tamaşaçılar müsbət qarşıladı. "Dan ulduzu" ansamblı ilə bu mahnını Heydər Əliyev Sarayında ilk dəfədir ifa edirdim. Bu, eyni zamanda mənim üçün bir imtahandır".
Sənətçi harada yaşamağın onun üçün elə də bir əhəmiyyət daşımadığını vurğulayıb:
"İndiki dövrdə Azərbaycanda da, xaricdə də yaşamaq çətindir. İnternet dövründə yaşayırıq. Mən müğənniyəm. Mahnılarımı istəyir Antaraktidan təqdim edim, ya buradan fərqi yoxdur. Əsas odur ki, keyfiyyətli ifa olsun".
Eldar adının sırğa taxıb, saç rəngləyən kişi ifaçılar arasında çəkilməsinə belə münasibət bildirib:
"Bu mənim öz seçimimdir. Sırğa taxmağımı görmək istəməyənlər, kanalı çevirsinlər. Necə ki, mən bu barədə fikir bildirən insanların şərhlərini oxumuram".
Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov (Rəmiş) saçını rəngləyib, sırğa taxan kişi müğənniləri təhqir etmişdi.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


