Ermənilər Qarabağdan qaçır, Sarkisyan döyüşə Suriya qaçqınlarını göndərir -

“Qarabağda Ermənistanda ordusunun tərkibində döyüşənlərin çoxu muzdlulardır. Birinci Qarabağ döyüşlərində də bunun şahidi olmuşuq”.

Bu barədə Azvision.az-a hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Polkovnik bildirib ki, Ermənistan rəhbərliyi Suriyadan gələn qaçqınları Qarabağda yerləşdirir:

“Suriya erməniləri Qarabağa gətirilir. Yerli sakinlərin çoxu səfalətdən xilas olmaq üçün Qarabağdakı yaşayış məntəqələrini tərk edirlər. Hazırda orada evlərin əksəriyyəti boşdur. Qarabağ erməniləri Azərbaycana qarşı döyüşlərdə iştirak etmək istəmirlər. Bu səbəbdən onlar Qarabağdan, eləcə də Ermənistandan qaçırlar. Ermənilər yalnız bilet almağı düşünürlər. İstəyirlər ki, ölkədən getsinlər və bir daha qayıtmasınlar. Onlar bu prinsiplə yaşayırlar”.

Hərbi ekspertin sözlərinə görə, Suriyadan gələn qaçqınlar Qarabağda muzdla hərbi xidmətə cəlb olunurlar.

“Ermənistan səbəbsiz yerə Suriya və Livandan gələnlərə qapılarını açmayıb. Düşmən tərəfi əsgər çatışmazlığını onlarla doldurmağa çalışır. Qaçqınların başqa variantı olmadığı üçün bu təkliflə razılaşmalı olurlar.

Ermənistan cəmiyyətini ən çox silkələyən məsələ Qarabağdakı itkilərdir. Seçkilər qabağı Suriyadan gələn qaçqınlardan istifadə etmək əlverişlidir. Ona görə ki, qaçqınların ölümü itki kimi qeydə alınmır. Onların ölümü Ermənistan cəmiyyətini maraqlandırmır. Bununla itkiləri gizlətməyə çalışırlar”.

Son hərbi toqquşmalar zamanı düşmən tərəfin itkilərinə gəlincə, Ş.Ramaldanov ölən işağlçıların sayının çox olduğunu vurğulayıb: “Düşmənin itkiləri bizdən çoxdur. Düşmənin diversiya-təxribat qrupları işləyir. Döyüş gedirsə, atəşli qarşıdurma varsa, artilleriya və iriçaplı silahla işləyirsə, hər iki tərəfdə itki olacaq. Son döyüşlərdə Ermənistanın itkiləri bizdən qat-qat çoxdur”.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyinin bu gün yaydığı rəsmi məlumata görə, son günlər düşmənin verdiyi onlarla itkilər arasında xaricdən gətirilən erməni əsilli muzdlular çoxluq təşkil etdiyindən qarşı tərəf bu rəqəmləri məqsədyönlü şəkildə gizlədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR