Amerikalı mütəxəssislər maraqlı araşdırma aparıblar.
Metbuat.az bildirir ki, Corc Veynlotun rəhbərlik etdiyi komanda vaxtilə müxtəlif şirkətlərdə müdir köməkçisi, katibə kimi çalışan qadınlar arasında sorğu keçirib. Bu zaman gözlənilməz məqamlar ortaya çıxıb. Qadınların təxminən yarısı işlədiyi şirkətin rəhbərləri ilə eşq yaşadığını, 15 faizindən çoxu isə müdirlərin ədəbsiz təklifindən sonra işdən ayrıldığını etiraf edib. Qadınlar arasında təcavüzə uğradığını da iddia edənlər var.
Sorğudan belə məlum olub ki, rəhbər köməkçisi kimi fəaliyyət göstərən qadınların mütləq əksəriyyəti müdirlə aralarındakı münasibətə görə bu vəzifədə çalışır. Bu isə müvəqqəti xarakter daşıyır.
Orxan / Metbuat.az