Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qrupları tələbələrinin hazırladığı “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” adlı layihənin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Mikayıl Cabbarov, ombudsman Elmira Süleymanova. millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdən öncə qonaqlar universitetin foyesində layihə ilə bağlı nümayiş etdirilən sərgiyə baxıblar.

Ali məktəbin rektoru Gülçöhrə Məmmədova bildirib ki, layihənin əsas məqsədi işğal altında olan torpaqların azad edildikdən sonra böyük qayıdış zamanı tələbələrimizin bu işə bütün imkanları ilə verə biləcəkləri töhfədir:

“Bu, Qarabağın davamlı inkişafının layihələndirmə konsepsiyasıdır. Düşünürəm ki, tələbələr bu layihəni işləyəndə vətənlərini daha çox sevməyi, kompleks layihə ilə işləməyi öyrəndi, Qarabağı daha yaxından tanıdılar. Bunu SABAH qrupları layihəsinin tələbləri hazırlayıb. Bu gün ali məktəbin 3 ixtisas üzrə SABAH qruplarında 132 tələbə təhsil alır. Bu ixtisaslarda təhsil alan tələblərin gözəl nəticələri var və onların təhsilə marağı daha yüksəkdir”.

Layihənin ideya rəhbəri, universitetin Ekologiya kafedrasının müdiri Fəqan Əliyev bildirib ki, tələbələr Ağdam şəhərinin nümunəsində işğal altında olan ərazilərimizdə gələcəkdə aparılacaq bərpa və quruculuq işlərinin planını təqdim ediblər.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qeyd edib ki, Ağdam nümunəsində “Qarabağın davamlı inkişafı” layihəsini hazırlamaqla tələbələr uzaqgörənlik nümayiş etdiriblər:

“Sizə düşmən tapdağı altında olan bütün torpaqların gələcək inkişaf proqramını hazırlamağı arzu edirəm. Bu cür layihələrlə işğaldan azad edilən ərazilərimizin bərpası və inkişafına töhfə verəcəyinizə inanıram”.

Milli Məclisin sədr müavini Bahar Muradova layihəni yüksək qiymətləndirərək onu dünyaya mesaj kimi qəbul etdiyini dilə gətirib. Bu yaxınlarda Cocuq Mərcanlıya səfər etdiyini qeyd edən B.Muradova bildirib ki, tezliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək:

“Ağdam və bütün Qarabağ öz əvvəlki görkəminə qayıdacaq”.

Təhsil naziri Mikayıl Cabbarov uzunmüddətli əməyin nəticəsi olan layihənin sadəcə peşəkar yanaşmanın deyil, həmçinin yetişən gəncliyin ölkənin taleyüklü məsələlərinə laqeyd yanaşmamasının, vətənpərvərlik və təəssübkeşliyinin bariz nümunəsi olduğunu bildirib. Nazir qeyd edib ki, ötən ilin aprel döyüşləri düşmənlərə və dünya ictimaiyyətinə bir daha göstərdi ki, Azərbaycan ordusu ali baş komandanın rəhbərliyi altında hərbi yolla da öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir:

“Bu gün ölkənin ali təhsildə bir sıra layihələr həyata keçirilir. Bu il SABAH layihəsinin ilk məzunları olacaq. Onların əmək bazarına çıxışı, ictimai həyata qatılacağını gözləyirik”.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin sədri Bayram Səfərov bildirib ki. bu gün Azərbaycan gəncliyi hər zaman döyüşə hazırdır. Onun sözlərinə görə, aprel hadisələrindən sonra minlərlə gənclər döyüşə getmək üçün müraciət edirlər:

“İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa işlərini başlamaq barədə ölkə başçısının qərarı mühüm tarixi missiyanın başlanğıcıdır. Bugünkü tədbir də bu tarixi qayıdışın gələcək konturlarını müəyyən edən bir çağırışdır”.

Vasif Həsənli

“Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” təqdim olundu - FOTOLAR