Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ölkədə narkotik madə istifadəçilərinin artdığını bildirib.
Metbuat.az xəbər verir ki, Patruşev çıxışında 2016-cı ildə qeyri-qanuni narkotik ticarəti ilə əlaqədar 201 mindən artıq cinayətin qeydə alındığını açıqlayıb. Eyni zamanda, yetkinlik yaşına çatmayan gənclərin arasında da narkotik asılılığı olanların sayı artıb. Ölkədə 640 mindən çox narkotika istifadəçisi var.
Orxan / Metbuat.az