"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri bu gün Moskvaya rəsmi səfər edəcək. Səfər Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə baş tutacaq. Səfər aprelin 4-də qeyd olunan iki ölkə arasında diplomatik əlaqlərin qurulmasının 25 illiyi ərəfəsində reallaşacaq.
İki ölkənin xarici siyasət idarələrinin başçıları ikitərəfli, eləcə də beynəlxalq məsələləri, regional problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər.