Anti-sanitariya şəraiti hər il 1.7 milyon uşağın ölümünə səbəb olur.
Metbuat.az bildirir ki, bu hesabatla Ümumdünya Səhiyyə Təşkilatı çıxış edib. Qurumun rəhbəri Marqaret Çan suyun çirklənməsinin, zibilliklərin ərazisinin böyüməsinin, qapalı və açıq ərazilərin çirkliliyinin hər il 5 yaşadək 1.7 milyon uşağın ölümünə səbəb olduğunu bildirib. Xüsusən, ekoloji cəhətdən çirklənmiş ərazilərdə uşaqlar arasında immunitet zəifliyinə, mədə-bağırsaq xəstəliklərinə daha çox rast gəlinir.
Orxan / Metbuat.az