Qəhvənin qəbulunda miqdarla yanaşı, günün hansı vaxtında və necə içilməsi də əhəmiyyətlidir.
Metbuat.az xəbər verir ki, türkiyəli mütəxəssislər həddindən artıq kofein qəbulunun ürəkdöyünmə, yuxu pozuntusu və qan təzyiqinin yüksəlməsinə səbəb ola biləcəyini bildiriblər.
Mütəxəssislər kofein qəbulunun saat 15:00-16:00-dan sonra dayandırılmasını və gündəlik miqdarın 400 milliqramı keçməməsini tövsiyə ediblər. Ürək xəstələrinə isə gündə bir fincan qəhvə məsləhət görülüb.
Filtr qəhvəyə üstünlük verilməsi, şəkər və qaymaqdan mümkün qədər istifadə olunmaması tövsiyə edilib. Anemiya və dəmir çatışmazlığı olan şəxslərin isə qəhvə və çay qəbuluna diqqət etməli olduğu vurğulanıb.