"Bayern Munich"in qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1/8 final mərhələsində "Arsenal"la cavab oyununda meydana çıxmaya bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, onun əzələsində problemlər yaranıb. 30 yaşlı qolkiper komandanın son məşqində fərdi proqramla məşq edib. Noyer oynaya bilməsə, onun yerini qapıda Sven Ulrayx tutacaq. "Bayern" və "Arsenal"ın ilk oyununda Münhen klubu 5:1 hesabıyla qalib gəlmişdi.

Milli.Az