R.Vaskes 400 min dollar cərimə də ödəməlidir. Hökmlə razılaşmayan müttəhim apellyasiya şikayəti vercəyini bildirib.
Qeyd edək ki, Reynaldo Vaskes 2015-ci ilin dekabrında FİFA-dakı korrupsiya qalmaqalı ilə bağlı həbs edilib. O, 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatına media hüquqlarının satışı zamanı fırıldağa yol verməkdə ittiham olunur. 2009-2010-cu illərdə Salvador Futbol Federasiyasına rəhbərlik etmiş sabiq funksioner hazırkı işi üzrə dinləmələr başa çatdıqdan sonra ABŞ-a ekstradisiya olunmalıdır.