"Bavariya"nın yarımmüdafiəçisi Arturo Vidal sabiq komandası "Yuventus"un Çempionlar Liqasındakı çıxışını dəyərləndirib.

Metbuat.az-ın məlumatına görə, çilili futbolçu Avropanın ən mötəbər klub turnirinin finalında məhz "Yuventus"la qarşılaşmaq istəyir:

"Yuventus" çox güclü komandadır. "Porto" ilə oyunda Çempionlar Liqasını qazanmaq istədiklərini bir daha nümayiş etdirdilər.

Böyük ehtimalla 1/4 finala vəsiqə qazanacaqlar. Ümid edirəm ki, Çempionlar Liqasının finalında "Yuventus"la qarşılaşacağıq".

Xatırladaq ki, Arturo Vidal 2011-2015-ci illər aralığında "ağ-qaralar"ın formasını geyinib.