PSJ-nin prezidenti Nasser Əl-Helayfi Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunundan öncə futbolçulara motivasiya verib.
Metbuat.az İspaniyanın "Sport" nəşrinə istinadən məlumat verir ki, qətərli biznesmen PSJ-nin hər oyunçusuna bonus vəd edib. Belə ki, fransızlar "Barselona"nı mübarizəni kənarlaşdırıb Çempionlar Liqasının 1/4 finalına adlayacğı təqdirdə hər futbolçu 1 milyon avro qazanacaq.
Nasser Əl-Helayfi dünyanın ən zəngin adamlarından biri hesab olunur.
Qeyd edək ki, PSJ ilk oyunda "Barselona"nı 4:0 hesabı ilə məğlub etmişdi. Bu dəqiqələrdə komandalar arasında cavab görüşü oynanılır. Katalanlar 1:0 hesabı ilə öndədirər.