Dünən futbol tarixində unudulmaz gecə yaşanıb. Çempionlar Liqasının 16-cı turunda Parisdə "PSJ"-yə 4:0 məğlub olan "Barselona" cavab matçında möcüzə reallaşdırıb. Belə ki, o, öz meydanında "PSJ" -ni 6-1 məğlub edib.
Milli.Az "Miror"a istinadla bildirir ki, matçdan sonra ulduz futbolçu Lionel Messi nişanlısı ilə birlikdə evə getmək istəyib. Lakin hiperfanlar onun avtomobilinin ətrafına yığışaraq futbolçunun avtoparkdan çıxmağına çətinlik yaradıblar.
Bu anları isə onun nişanlısı Antonella Roccuzzo telefonla kameraya çəkib.
Milli.Az maraqlı görüntüləri təqdim edir:
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:


Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində