"Barselona"nın hücumçusu Neymar PSJ ilə oyundan (6:1) sonra komanda yoldaşı Lionel Messi haqda danışıb.
Metbuat.az-ın məlumatına görə, braziliyalı futbolçu Leonun "Barselona" ilə müqavilə müddətini uzadacağını açıqlayıb:
"Messi yeni müqavilə imzalayacaq. Bu, dəqiqdir.
Mənə gəlincə isə, "Barselona"da xoşbəxtəm. Komanda yoldaşlarım sayəsində oyunum daha da yaxşıya doğru gedir".
Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə olan müqaviləsi mövsümün sonunda bitir.