Finalda İsmayılov iranlı Səid Mollayi ilə qarşılaşacaq. Bu, iki gündür davam edən Böyük Dəbilqədə hələlik Azərbaycan idmançılarının ilk finalı olacaq.
Digər cüdoçulardan Rüstəm Orucovla Hidayət Heydərov (hər ikisi 73 kq), eləcə də qadınların mübarizəsində Nuriyyə Axundova, Gülsədəf Kərimova, Xanım Hüseynova (hamısı 63 kq) və Validə Mirzəzadə (70 kq) bürünc medal görüşünə çıxacaqlar. Orucov Laşa Şavdatuaşvili (Gürcüstan) ilə, Heydərov Mikloş Unqvari (Macarıstan) ilə qarşılaşacaq.
Hüseynovanın rəqibi Kərimova olacaq ki, görüşün nəticəsindən asılı olmayaraq, Azərbaycanın aktivinə növbəti medal yazılacaq. Axundova Büsra Katipoğlu (Türkiyə) ilə qarşılaşacaq. Mirzəzadə isə Aleksandra Samarciçlə (Bosniya və Herseqovina) ilə görüşəcək.
Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (60 kq) bürünc medal qazanıb.