Türkiyənin Ailə və Sosial Siyasətlər üzrə naziri Fatma Betül Sayan Kaya Niderlanddan deportasiya edilməsiylə bağlı açıqlama verib.
Metbuat.az-ın məlumatına görə, o, Rotterdamda üzləşə biləcəyi bütün təhlükələri gözə aldığını deyib. "Cənab prezidentimiz mənə "artıq qayıda bilərsən" deməsəydi, mən orda ölərdim, amma qayıtmazdım".
Amsterdamı faşist davranışlarına görə ittiham edən türk nazir, 7 saat ərzində eyni nöqtədə gözlədiklərini dilə gətirib.
Sübhan / Metbuat.az