Azərbaycanlı müğənni qızını gəlin köçürdü - Toya kimlər gəldi? - FOTOLENT

Azərbaycanlı müğənni qızını gəlin köçürdü - Toya kimlər gəldi? - FOTOLENT
11:14 15 Mart 2017
198 Digər
Ölkə mətbuatı
A- A+

 Azərbaycanlı müğənni Eldar Ələkbərov qızı Nərminə toy edib. Lent.az-ın məlumatına görə, paytaxt restoranlarından birində keçirilən toya şou-biznesin bir çox tanınmış simaları gəlib. Aparıcılar qonaqları salamladıqdan sonra söz verilib səbəbkarların valideynlərinə. E.Ələkbərov qızının məclisində təəssüratlarını bölüşüb: “Həyatım boyu məni tam ürəkdən sevindirən anlarım, günlərim olub. Bu gün də həmin sevincli günlərimdən biridir. Qızım gəlin köçür... Bu gün bura mənim ən yaxın, say-seçmə sənət dostlarım, qohumlarım və tanışlarım gəlib. Allah hər bir valideynə övlad toyu görməyi nəsib etsin. Çox sevincliyəm. Gəldiyiniz, dəyər verdiyiniz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm”.

 

İfaçının bu sözlərindən sonra söz xalq artisti Teymur Əmiyə verilib. O da öz növbəsində bəy və gəlinə xoş sözlərini ünvanlayıb. Daha sonra estradamızın ulduzları səhnə alaraq, məclisə gələn qonaqları əyləndiriblər.

 

Xatırladaq ki, gecədə xalq artistləri Niyaməddin Musayev, Nazpəri Dostəliyeva, əməkdar artistlər Baloğlan Əşrəfov, Ehtiram Hüseynov, müğənnilər Nazənin, Manaf Ağayev, Şəbnəm Əsədova, Sahib İbrahimov, Meydan Əsgərov, Elxan Şirinoov, Mənzurə Musayeva, Zenfira İbrahimova, Nadir Bayramlı, Eldəniz Məmmədov, Vaqif Şıxaliyev, aşıq Zülfiyyə, meyxanaçı Namiq Məna, aparıcılar Aytəkin Mərdanova, Mikayıl Güləddinoğlu və digər məşhurlar iştirak edirdi. 


Qeyd edək ki, E. Ələkbərov mərhum bəstəkar Şəfiqə Axundovanın mənəvi oğludur. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269872

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR