İrandan həyəcanlı xəbərlər gəlir...

İranda ilin son çərşənbəsi faciələrlə yadda qalıb.

Metbuat.az İran mənbələrinə istinadən xəbər verir ki, bayram gecəsi 3 nəfər dünyasını dəyişib, 2351-i yaralanıb. Bildirilir ki, faciələr insanların pirotexniki vasitələrlə diqqətsiz davranması üzündən qeydə alınıb. Təqribən 600 yaralı xəstəxanalara yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır. Digərləri ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Qeyd edək ki, İranda Hicri-şəmsi təqvimiylə ilin son çərşənbəsi böyük təmtəraxla qeyd olunur. İranda yeni il martın 21-də başlayır.

Sübhan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR