İspaniyanın Biskaiya, Xirona və Kantabriya şəhərlərində həyata keçirilən əməliyyatlarda 10 mindən çox silah-sursat aşkar edilərək götürülüb.

Metbuat.az bildirir ki, silahların arasında 9 min "CETME" markalı avtomat, tapançalar, əl bombaları da var. Polis silahların əksəriyyətinin cinayətkar qruplara satmaq üçün hazırlandığını bildirib.

Hadisə ilə əlaqədar 5 nəfər nəzarətə götürülüb.

Orxan / Metbuat.az