UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçirilir.

Metbuat.az-ın məlumatına görə, "Beşiktaş" "Olimpiakos"u qəbul edib. Komandalar arasında bir həftə öncə Yunanıstanda oynanılan matçda 1:1 hesablı bərabərlik qeydə alınmışdı.

Görüşə hücumlarla başlayan "Beşiktaş" 10-cu dəqiqədə Abubakarın vurduğu qolla hesabı açıb. Çox keçmədən Rayan Babel fərqi artırıb. Birinci hissənin sonlarına yaxın "Olimpiakos" Elyunussinin sayəsində ümidlənib. 39-cu dəqiqədə "Beşiktaş" azlıqda qalıb. Abubakar meydandan qovulub.

On nəfərlə oyunu davam etdirməsinə baxmayaraq, İstanbul təmsilçisi ikinci hissədə də rəqib qapısına iki dəfə yol tapa bilib. Rayan Babel və Cenk Tosunun qolları yekun hesabı müəyyənləşdirib: 4:1.

Beləliklə, "Beşiktaş" UEFA Avropa Liqasında 1/4 finala vəsiqə qazanıb.

UEFA Avropa Liqası

1/8 final, cavab oyunları

"Beşiktaş" - "Olimpiakos" - 4:1

Qollar: Abubakar, 10, Babel, 22, Babel, 75, Tosun, 84 - Elyunussi, 31

Qırmızı vərəqə: Abubakar, 39