x
Loading...
.

Güləşçilərimiz Dünya ikincisi oldu

İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları başa çatıb.

Yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparıb.

Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəlib.

Finalda güləşçilərimiz digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşıb. Gərgin keçən görüş 5:3 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Yığmamız Dünya Kubokunun gümüş medallarına yiyələnib.

Xatırladaq ki, 2015-ci ildə keçirilən analoji yarışda komandamız Dünya Kubokunun sahibi olub.

B qrupu

FİNAL

Azərbaycan - Türkiyə 5:3

59 kq - Rövşən Bayramov - Hammet Rustem 3:6 tuşe

66 kq - Kamran Məmmədov - Atakan Yüksel 2:6

71 kq - Həsən Əliyev - İ. Sönmez 1*:1

75 kq - Elvin Mürsəliyev - Emrah Kuş 3:1

80 kq - Rafiq Hüseynov - Aslan Atem 2:4

85 kq - İslam Abbasov - Metehan Başar 7:0

98 kq - Orxan Nuriyev - Cenk İldem 3:1

130 kq - Sabah Şəriəti - Ali Nail Arslan 2:0


Rusiya - Azərbaycan 5:3

59 kq - Minqiyan Semyonov - Taleh Məmmədov 9:2

66 kq - Artem Surkov - Nofəl Babayev 8:0

71 kq - Abuyazid Mantsiqov - Rəsul Çunayev 1:2

75 kq - Roman Vlasov - Elvin Mürsəliyev 2:1

80 kq - Adlan Akiev - Rafiq Hüseynov 1:1*

85 kq - Davit Çakvetadze - İslam Abbasov 1*:1

98 kq - Maksim Safarian - Orxan Nuriyev 0:3

130 kq - Sergey Semenov - Sabah Şəriəti 1*:1


Azərbaycan - Belarus 5:3

59 kq - Taleh Məmmədov - Maksim Kajarski 1:2

66 kq - Nofəl Babayev - Yaraslav Kardaş 8:0

71 kq - Həsən Əliyev - Pavel Liax 9:0

75 kq - Elvin Mürsəliyev - Yahor Kasiankou 10:2

80 kq - Rafiq Hüseynov - Radzik Kuliyeu 2:0

85 kq - İslam Abbasov - Mikalai Stadub 3:0

98 kq - Orxan Nuriyev - Yahor Yaskavets 7:8

130 kq - Sabah Şəriəti - Heorhi Çuhaşvili 0:5


3-cü yer uğrunda

İran-Türkiyə 6:2

5-ci yer uğrunda

Almaniya-Ukrayna 5:3

7-ci yer uğrunda

Qazaxstan-Belarus 6:2

Azərbaycan - Ukrayna 5:3

59 kq - Taleh Məmmədov - Zhora Abovian 9:1

66 kq - Kamran Məmmədov - Pərviz Nəsibov 2:2*

71 kq - Rəsul Çunayev - Ruslan İsrafilov 7:0

75 kq - Elvin Mürsəliyev - Artem Matiash 11:1

80 kq - Rafiq Hüseynov - Dmitro Pışkov 1:3

85 kq - İslam Abbasov - Yuriy Şkriuba 3:1

98 kq - Orxan Nuriyev - Volodimir Vasilyev 1*:1

130 kq - Oyan Nəzəriani - Mikola Kuçmi 1:2


Yekun nəticə

1. Rusiya

2. Azərbaycan

3. İran

4. Türkiyə

5. Almaniya

6. Ukrayna

7. Qazaxstan

8. Belarus


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR