"Bavariya" Çempionlar Liqasının 1/4 finalında "Real"la qarşılaşacaq.

Metbuat.az-ın məlumatına görə, Münhen klubunun baş məşqçisi Karlo Ançelotti püşkatmanın nəticələrini dəyərləndirib:

"Real"la oyun mənim üçün xüsusi önəm daşıyır. Madridə qayıdışım çox emosional alınacaq.

1/4 finala qalan bütün komandalar kifayət qədər tanınırlar. Gizli bir şey yoxdur.

"Real" fantastik oyunçulara və fantastik baş məşqçiyə sahibdir. Çətin oyun olacaq, ancaq gücümüzə inanırıq. Düşünürəm ki, yarımfinala çıxmaq şanslarımız var. Detallar həlledici rol oynayacaq".