"Təkcə "Barselona" birinci gündən etibarən dəstəyini nümayiş etdirdi" -

"Şapekoense"nin prezidenti Plinio David di Nes 2016-cı ilin noyabrında baş verən təyyarə qəzasından sonra hansı Avropa klublarının onlara kömək əlini uzatdığını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, Braziliya klubunun prezidenti, "Barselona"nın adını xüsusi vurğulayıb:

"Demək olar ki, bütün böyük klublar bizə yardım əlini uzatdı. Ancaq təkcə "Barselona" birinci gündən etibarən dəstəyini nümayiş etdirdi.

Bizə maliyyə yardımı təklif etdilər. O cümlədən, onlar tərəfindən avqustda Joan Qamper kuboku uğrunda oynanılacaq matça dəvət aldıq. Qeyd edim ki, bu oyunun bütün gəlirləri "Şapekoense"yə bağışlanacaq.

"Roma" da bizimlə yoldaşlıq görüşü oynamaq istəyirdi. Ancaq qrafikimiz buna imkan vermədi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR