Almaniya Bundesliqasında 25-ci tura start verilib.

Metbuat.az-ın məlumatına görə, turun açılış matçında Dortmund "Borussiya"sı "İnqolştadt"ı qəbul edib. Oyunun favoriti sayılan ev sahibləri ilk dəqiqələrdəcə hesabı açıblar. Obameyanq fərqlənib. Qalan dəqiqələr ərzində qapılara qol vurulmayıb.

Almaniya Bundesliqası

25-ci tur

"Borussiya" (Dortmund) - "İnqolştadt" - 1:0

Qol: Obameyanq, 14

"Borussiya" bu qələbə sayəsində xallarının sayını 46-a çatdırıb. Dortmund təmsilçisi hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.