Daha öncə xəbər verdiyimiz kimi, "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməmişdi: 0:0.
Metbuat.az-ın məlumatına görə, bununla da “Qarabağ”ın “Zirə” ilə oyunlardakı qələbə seriyası qırılıb. Son 5 matçda rəqibini məğlub edən Ağdam təmsilçisi Topaz Premyer Liqasının 23-cü turunun səfər matçında 1 xalla kifayətlənib.
Qurban Qurbanovun yetirmələrinin “Zirə” ilə matçlardakı son xal itkisi 2015-ci il dekabrın 13-də qeydə alınmışdı. Həmin vaxt da qarşılaşma qolsuz bitmişdi. 462 gündən sonra məğlubiyyət seriyasını qıran “Zirə” rəqibini “5”də saxlayıb.