DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində martın 26-da Azərbaycan millisinin qonağı olacaq Almaniya yığması İngiltərə ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Metbuat.az-ın məlumatına görə, ilk hissədə qapılara qol vurulmayıb. İkinci hissənin ortalarında isə Lukas Podolski səhnəyə çıxıb. Almaniya millisinin heyətində sonuncu matçına çıxan 31 yaşlı futbolçunun vurduğu qol görüşdə yeganə olub.

Yoldaşlıq oyunu

Almaniya - İngiltərə - 1:0

Qol: Podolski, 69