Qriqorian təqvimi ilə 23 mart ilin 82-ci (uzun illərdə 83-cü) günüdür.
Metbuat.az xəbər verir ki, 1992-ci ilin bu günü Azərbaycan Respublikası ilə Cənubi Koreya və Salvador arasında diplomatik əlaqələr qurulub.
Bu gün həm də Azərbaycanda “Ekologiya və Təbii Sərvətlər Nazirliyi günü”, Boliviyada “Dəniz”, CAR-da isə “Ailə günü” kimi qeyd olunur.
23 martı dünyanın 188 ölkəsi həm də “Ümumdünya Meteorologiya günü” kimi qeyd edir.
Aytən Novruzova / Metbuat.az