"Real"ın prezidenti Florentino Peres Kərim Benzema haqqında fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb.
Metbuat.az-ın məlumatına görə, fransız hücumçunun oyunundan razı olduğunu bildirən prezident "Monako"lu Kilian Mbappenin mümkün transferi barədə də danışıb:
"Kərim Zidan və Ronaldonun qarışığıdır. O, dünyanın ən yaxşı "9 nömrəsi"dir. Əminəm ki, klubda qalacaq, ancaq hələlik müqavilənin uzadılması barədə danışıqlarımız olmayıb.
Hər şey mənim əlimdə olsa, Benzemanın karyerasının sonuna kimi burada qalmasını istəyərdim. Ondan çox razıyam.
Benzema və Mbappe dueti? Hər şey mümkündür, ancaq cari mövsümün gedişində bu barədə danışmaq istəmirəm".