Bakı şəhəri, Sabunçu rayonunda yanğın qeydə alınıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli 4 otaqlı evin mətbəxində rəf 3 m2 sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 12 m2 sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

anğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.