Xəbər verdiyimiz kimi, Bolqarıstanda müğənni Sərdar Ortaçın konsertinin keçiriləcəyi əyləncə mərkəzi bomba xəbərdarlığı ilə boşaldılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, əraziyə baxış keçiriləndən sonra sənətçinin konserti baş tutub.

Sərdar canlı ifası ilə qonaqları əyləndirib. Lakin konsertin bitməsinə az qalmış onun halı pisləşib və dərhal təcili tibbi yardım maşını ilə o, xəstəxanaya aparılıb.

S.Ortaçın bu görüntüləri tamaşaçılardan birinin telefonu vasitəsilə çəkilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sərdarın konsertdə halı pisləşdi, xəstəxanaya apardılar - VİDEOSərdarın konsertdə halı pisləşdi, xəstəxanaya apardılar