Yazda üzünüzə belə qulluq edin

Yaz xanımların dərisindəki problemlərin üzə çıxdığı bir fəsildir. Bu fəsildə dəri xüsusi qulluq tələb edir.

“Fəsildən asılı olmayaraq, üzə qulluq dəri təmizliyi ilə başlayır. Normalda dəri 2-3 aydan bir təmizlənməlidir”.

Bunu Metbuat.az-a açıqlamasında həkim-kosmetoloq Aysel Qədimova deyib:

“Yazda havaların isinməsi ilə əlaqədar dəridə yağlılıq artır, yayda bu problem daha aktual olur. Xanımlarımız bəzən müxtəlif üzə qulluq prosedurlarına (mezoterapiya, biorevitalizasiya, piling) yazılır, ancaq burda önəmli bir məqam var. Əgər dəri ağ və qara nöqtələrdən, yağlardan təmizlənmirsə, üz dərisi aldığı prosedurlardan 100 faiz nəticə görmür. Bu baxımdan üz təmizliyi mütləqdir”.

25 yaşdan başlayaraq dəridə hialuron turşusunun miqdarı azalır, bu da bir sıra problemlərə gətirib çıxarır. Həkim-kosmetoloq bildirib ki, 25 yaşdan yuxarı xanımlar mütləq üz dərisinə qulluq etməlidir. Əks halda dəridə xırda qırışlar əmələ gələcək, dəri quru və solğun görünəcək. Artıq 30 yaşa çatdıqda bu problemlər daha qabarıq ortaya çıxacaq:

“İldə iki dəfə biorevitalizasiya proseduru etmək məsləhətdir. Biorevitalizasiya tərkibində turşular, minerallar, vitaminlər, antioksidantlar, kofermentlər olan preparatlardır. Bu prosedur nəticəsində üzdəki xırda qırışlar azalır, kallagen və elastin sintezi artır, üz dərisi daha elastik olur və daxildən nəmlənir.

Bununla yanaşı, dərinin sağlamlığı üçün sağlam qidalanmaq vacibdir. Sağlam qidalanmaq sağlam dəriyə sahib olmaq deməkdir. Odur ki, təbiətin bəxş etdiyi bütün nemətlərlə qidalanmaq lazımdır. Bunların arasında isə meyvə-tərəvəz yemək və bol su içmək vacibdir".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR