İngiltərə Futbol Assosasiyası növbəti qərarını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, "Mançester Siti" 35 min funt dəyərində cərimələnib. Buna "Liverpul"la oyunda baş verən hadisələr səbəb olub.

Xatırladaq ki, Mersisayd təmsilçisi ilə görüşün 50-ci dəqiqəsində "Mançester Siti"nin qapısına penalti təyin edilmişdi. "Şəhərlilər"in sözügedən epizoddan sonra idmançıya yaraşmayan formada hakimə etiraz etməsi FA-nın qərarında həlledici olub.

"Mançester Siti" - "Liverpul" matçı 1:1 hesabı ilə yekunlaşmışdı.