ATV telekanalının sevilən aparıcısı Vüsalə Əlizadə və müğənni Ayan Babakişiyeva türkiyəli müğənnisi Rafət Əl Romanla görüşüb.

Metbuat.az xəbər verir ki, İstanbulda görüşən məşhurlar foto çəkdirərək sosial şəbəkədə paylaşıb. Vüsalə Əlizadə fotoya belə şərh verib:

"Ayankamla söhbətə söz ola bilməz. Bir də gördük ki, mahnılarının kralı, gözəl sənətkar, illərin dostu Rafət Əl Roman... Tam təsadüf, amma çox gözəl görüş, maraqlı söhbət, super gün... Həələ illər öncə dəfələrlə qonağım olduğu "Sirli Avrasiya" verilişini də xatırladıq".

Rəvan Nasiroğlu

Vüsalə Əlizadə ilə Rafət Əl Romanı nə birləşdirir?