“ICTnews” Elektron Xəbər Xidməti 4pda.ru saytına istinadən yazır ki, bir çox genetik xəstəliklər əlamətlər uyğunluğuna malikdir. Bu və ya digər əlamət ayrı-ayrılıqda hətta sağlam insanda müşahidə edilə bilər, ancaq bir neçə əlamətin uyğunluğu diaqnozu müəyyənləşdirilməmiş xəstəliyin mövcudluğundan xəbər verir. Xəstə uşağı istənilən infeksiyaya qarşı həssas edən ilkin immun çatışmamazlığından savayı Di Corc xəstəliyi kəllənin inkişafında özünəməxsus dəyişikliklərlə müşahidə edilir. Bu dəyişikliklər qurğunun kamerası vasitəsilə xüsusi hazırlanmış proqramla qeydə alınır və patologiyanın mövcudluğu ehtimalını göstərir. Əvvəlki kimi yekun diaqnozun qoyulması üçün xüsusi genetik test keçirmək və həkimlə məsləhətləşmək lazımdır.
Emil Hüseynov