Paytaxtın tanınmış məkanlarının birində növbəti dəfə xeyriyyə tədbiri keçirilib.
Metbuat.az xəbər verir ki, “Childlove xeyriyyə tədbiri artıq 7 ildə 8-ci dəfə baş tutub. Kimsəsiz uşaqların öz əlləri ilə yazdığı arzularını bu dəfə şəhərimizdə yaşayan xeyirxah gənclər qısa vaxt ərzində reallaşdırıb. Novruz bayramı məqsədi ilə keçirilən tədbirdə uşaqlar üçün sehrbazlar da çağırılıb. Daha sonra uşaqların səbrsizliklə gözlədiyi məşhurlar sırayla səhnədə öz mahnılarını ifa edib, onlarla əyləniblər.
Rəvan Nasiroğlu
Foto: Orxan Line



